Yaxın Şərqdə gərginliyin artmasıyla neftin qiyməti qalxmağa başladı
İranın ali lideri Əli Xamneyinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbərinin öldürülməsinə cavab olaraq İsrailə hücum əmrindən sonra dünya neft qiymətləri yüksəlib.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“West Texas Intermediate neftinin qiyməti əvvəlki sessiyada 4,3% artdıqdan sonra bir barel üçün 78 dolları ötüb. Brent markalı neft 81 dollar civarında bağlanıb”, - deyə nəşr yazıb.
Mesajda Rusiyanın Urals neftindən bəhs edilmir.
Agentlik qeyd edir ki, ABŞ-ın xam neft ehtiyatları keçən həftə 3,4 milyon barrel azalıb. Bu tendensiya beş həftə ərzində müşahidə olunur və 2022-ci ilin yanvarından bu göstərici üzrə ən uzun itki silsiləsi hesab edilə bilər.
İyulun 31-də Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehrana raket hücumu nəticəsində İsrail tərəfindən məhv edilib. İranın paytaxtında o, yeni seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.
Bir neçə saat sonra İranın ali lideri Əli Xamneyi İsrailə cavab hücumu əmri verib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay