Türkiyə Rusiyaya mal tədarükünü kəskin azaldıb
Bu ilin birinci yarısında Rusiyaya türk mallarının ixracı 28,3% azalaraq 4,16 milyard dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, 2023-cü ilin ilk altı ayında Türkiyə Rusiya bazarına 5,8 milyard dollarlıq mal tədarük edib.
İyun ayında Türkiyənin Rusiya Federasiyasına ixracı azalmaqda davam edib. Belə ki, ötən ayın sonunda o, maydakı 784 milyon dollarla müqayisədə 670 milyon dollar təşkil edib.
Ölkələr arasında ticarət dövriyyəsinin azalmasının əsas səbəbi sanksiyalardır. Türkiyə tədarükçüləri deyirlər ki, Rusiya ilə ticarət bank hesablarının müntəzəm olaraq bloklanması və Qərbdən gələn təhdidlər səbəbindən kabusa çevrilib.
Bundan əvvəl Moskva və Ankara ticarətdə milli valyutalara keçidi müzakirə ediblər. Lakin türkiyəli iqtisadi şərhçi Taylan Böyükşahinin qeyd etdiyi kimi, prinsipial olaraq əldə olunan razılaşmalar hələ də həyata keçirilməyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay