ABŞ Ermənistan və Azərbaycan üzərindən ticarət yolu yaratmağı planlaşdırır
Vaşinqton Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru dəhlizinin yaradılması imkanını nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki, “RİA Novosti” bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxışına istinadən yazır.
Rəsmi bildirib ki, Mərkəzi Asiya ölkələri "inanılmaz dərəcədə zəngindir", lakin onların qlobal bazarlara çıxış üçün yeganə variantları hazırda Rusiya və ya Çin vasitəsilədir. Əgər ABŞ Ermənistan və ya Azərbaycan üzərindən marşrut aça bilsə, o zaman Vaşinqton dünya bazarlarına çıxış əldə edəcək və Moskva və Pekindən daha az asılı olacaq.
Bundan əvvəl Ankara Universitetinin professoru Yıldız Bozkuş Qərbin Rusiya ilə mübarizə aparmaq üçün Ermənistana qarşı aktiv siyasət yürütdüyünü bildirmişdi.
İyulun 24-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistana Ukrayna yolunu təkrarlamamaq barədə xəbərdarlıq edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay