Keçmiş nazirin şirkəti məhkəməyə verildi - 3000 manat cərimələnə bilər
“İmprotex Motors” şirkəti haqqında inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkət haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin mülkiyyət əleyhinə olan inzibati xətalar məcəlləsinin 231.4 maddəsi ilə ittiham irəli sürülüb.
Bu qərar 231.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər isə üç min manat məbləğində cərimə edilir.
İnzibati xətalar məcəlləsinin 231.3. bəndinə görə isə mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı şəhəri Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, “İmprotex Motors” keçmiş nazir Füzuli Ələkbərovun şirkəti kimi tanınır. Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olub. O, 2013-cü ildə baş verən İsmayıllı hadisələrindən sonra işdən çıxarılıb.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay