BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
52695

Azərbaycanlı gənc Turqut Əfəndi ABŞ-nin Luiziana Dövlət Universitetinə 420 min dollarlıq tam təqaüdlə qəbul alıb. O, bakalavr səviyyəsindən birbaşa doktoranturaya qəbul olub. Valyuta.az olaraq T.Əfəndi ilə hazırkı nailiyyəti və gələcək planları haqqında söhbətləşdik.

Qeyd edək ki, T.Əfəndi Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinin kimya mühəndisliyi ixtisasının builki məzunudur.

- Turqut bəy məktəb illərində “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olmusunuz. Bu, aktiv şagird olduğunuzu göstərir. Bəs məktəb vaxtı gələcəklə bağlı planlarınız nələr idi?

- Mən uşaqlıqdan bəri akademik karyera qurmaq istəyirdim. Ən böyük xəyalım fizik olub Nobel mükafatını qazanmaq idi. Amma sonra Azərbaycanda fizikanın inkişaf etmədiyini gördüm və Kimya Mühəndisliyi ixtisasını seçdim. Çünki Kimya Mühəndisliyi ixtisasında həm elmi karyeramı davam etdirə bilərdim, həm də bunun içərisində fizika, kimya, biologiya, riyaziyyat kimi elmlər də var ki, bunlar da mənə çox yaxındır. Əlavə olaraq, istədiyim vaxt mühəndis kimi çalışaraq sahəmi dəyişdirə bilərdim. Bu səbəblərdən Kimya Mühəndisliyi ixtisasını seçmişdim.

- İntellektual yarışlara marağınız necə yaranmışdı?

- İntellektual oyunlarla tanışlığım məktəb illərinə təsadüf edir. Günün çox hissəsini kitab oxumağa və film izləməyə sərf edirdim. Buna görə də, bu tipli verlişlərə həvəsli idim. Məktəbdə keçirilən yarışlarda uğurlu nəticə göstərirdim. Bundan sonra komanda yolaşlarımla bu yolda davam etməyə qərar verdik.

- Universitetlərə qəbul imtahanında nə qədər bal toplamışdınız?

- 470 balla qəbul olmuşdum. Bu gün rahatlıqla deyə bilərəm ki, universitetə qəbul olduqdan sonra topladığınız balın həyatınızda heç bir rolu yoxdur. Əsas sizin ondan sonra göstərdiyiniz performansdır.

- Məktəb vaxtı aktiv olmusunuz, bəs tələbəlik dövründə nələr edirdiniz?

- Ali təhsil aldığım müddətdə ixtisasımla bağlı bir çox təcrübə proqramlarında iştirak eləmişəm. Bəzi kurslarda ingilis dili müəllimi kimi çalışmışam. Akademik yönə marağım olduğu üçün elmi məqalələr də yazırdım.

- Bakalavr səviyyəsindən birbaşa doktoranturaya qəbulda universitetin şərtləri nələrdir?

- Hər ixtisasda fərqli göstəricilər tələb oluna bilər. Çünki tələbələrin göstəriciləri ixtisaslara görə dəyişir. Mənim ixtisasım Kimya mühəndisliyi idi və bu sahədə diqqət olunan ən vacib nüans elmi məqalələr idi. Çox güman ki, məndən daha yüksək ortalamaya sahib insanlar da bu universitetə müraciət etmişdi, amma qəbul almamalarının əsəs səbəbi bu idi. Çünki akademiya elmi qurum olduğu üçün onlar elmi araşdırmalar edən tələbələr istəyirlər. Bununla yanaşı, ortalamanın yüksək olması, iş təcrübəsi, sertifikatlara sahib olmaq da seçim mərhələsində rol oynayır.

- Bakalavr təhsili dönəmində iki elmi məqaləniz beynəlxalq jurnallarda yayımlanıb. Bu məqalələr nə ilə bağlı idi?

- Elmi araşdırmalarım səthi aktiv maddələr üzərindən olub. Onların antibakterial xassələrini araşdırmışıq və nəticələri də uyğun jurnallara göndərmişik.

- Luiziana Universitetinin sizi seçmə səbəblərindən danışdıq. Bəs siz niyə bu universiteti seçdiniz?

- Məktəb illərindən etibarən tarixə və coğrafiyaya marağım olduğu üçün Luiziana Universiteti də diqqətimdə idi. Bu universitetdən qəbul aldığımı eşidən zaman çox sevinmişdim. Eyni şəkildə universitetin uğurlu nəticələrini gördüm. Məsələn, universitetin hər il dünya iqtisadiyyatına qatqısı 6 milyard dollardır. Bundan əlavə, 20 ölkə üzrə müxtəlif sahələrdə olimpiya çempionu olmuş tələbələr bu universitetdə təhsil alır. Bu səbəbdən universiteti bəyəndim. Həm də universitetdə müəllim və tələbə münasibəti mənim üçün çox vacib idi. Professorlarım mənim universitetə gəlməyim ilə maraqlanırlar və qarşıma çıxan problemləri həll etmək üçün əllərindən gələni edirlər. Bu, bir universitet üçün ən vacib məsələlərdən biridir. Çünki bir çox universitetlərdə tələbələr professorlar ilə heç əlaqə belə qura bilmirlər.

- Təhsilinizi bitirdikdən sonra Azərbaycana qayıtmaq, fəaliyyətinizi burada davam etdirmək fikriniz varmı?

- 5 il çox uzun müddətdir. Bu müddət ərzində dünyada və Azərbaycanda baş verəcək hadisələrin bu qərarda rolu olacaq. Bu barədə hazırda dəqiq nəsə deyə bilmərəm. Onu deyə bilərəm ki, təkcə özümdə yox, Azərbaycandan kənarda olan tələbələrin və mütəxəssislərin bir çoxu düzgün iş şəraiti olduğu müddətdə Azərbaycana niyə də qayıtmasınlar. Məsələn, elmi araşdırmalar etmək üçün bizə böyük büdcəli laboratoriyalar lazımdır. Bunlar olandan sonra niyə də azərbaycanlı tələbələr burada çalışmasınlar?

Əvəz Həsənov
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin