Xəbər
30.07.2024 / 20:24
"Tender kralı" məcburi auditdən yayınıb?
52687
"Tender kralı" kimi tanınan "Koneks Construction" MMC barəsində inzibati protokol tərtib edilib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
"Koneks Construction" vaxtaşırı dövlət satınalmaları ilə bağlı keçirilən müsabiqələrin qalibi olur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay