Macarıstan, Rusiya və Slovakiya Ukraynadan neft tranzitinin dayanmasını müzakirə etdilər
Macarıstan, Rusiya və Slovakiya nümayəndələri Ukraynanın Rusiyadan neft tranzitini dayandırması ilə bağlı telefon danışığı aparıblar.
Valyuta.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə öz Facebook səhifəsində yazıb.
“Biz neft tədarükümüzün uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün işimizi davam etdiririk. Ona görə də bu gün səhər mən rusiyalı həmkarım Sergey Lavrov və Slovakiya naziri Yuray Blanarla vəziyyəti yenidən telefonla müzakirə etdim”, - o, nəşrdə qeyd edib.
Siyarto həmçinin Ukraynanı Aİ ilə assosiasiya sazişini pozmaqda ittiham edib və vurğulayıb ki, Macarıstan tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, neft tədarükünün sabitliyini təmin etmək üçün “mümkün hüquqi və texniki həllər”i nəzərdən keçirir.
Bundan əvvəl Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas demişdi ki, Kiyev Rusiya neftinin tranzitindən təsir vasitəsi kimi istifadə edərək Macarıstan və Slovakiyanı şantaj edir. Ukrayna prezidentinin müşaviri Mixail Podolyak cavabında vurğulayıb ki, neft tranzitinin dayandırılması şantaj deyil və bu ölkələr Ukraynada sülh prosesinə töhfə vermir və yalnız Rusiyanın tərəfini tuturlar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay