BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
52654

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamasından sonra artımın nə qədər olacağı ən çox verilən suallardandır. Sosial şəbəkə paylaşımlarında da bu mövzu, xüsusən də minimum əmək haqqının nə qədər artacağı ilə bağlı xeyli şərhlər və qeydlər var”.

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, müzakirələrin noyabradək başa çatacağını nəzərə aldıqda konrket rəqəmin həmin ay bəlli olacağı gözlənilir:

“Rəsmi açıqlamadan da göründüyü kimi, indi müzakirələr mərhələsidir və bu baxımdan da konrket artım faizi hələlik elan edilməyib.

Bununla belə, minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alıncağı istisna deyil. Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2,7 dəfə artırılıb. Bu baxımdan, minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi.

Minimum əmək haqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq ötən və bu ilki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. 

2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əmək haqqındakı artım faizi 11,3 faiz olub. Bu ilki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək. Eyni zamanda, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. İki rəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq.

Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin