
29.07.2024 / 15:17
Azərbaycanda sənədsiz evlərlə bağlı normativ hüquqi akt qəbul ediləcək
52617
Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub.
Valyuta.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib.
Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var: "Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq".
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay