İsveçrə Rusiyanın aktivlərindən əldə olunan gəlirləri Ukraynaya köçürməyəcək
İsveçrə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa İttifaqının etdiyi kimi Ukraynaya köçürməyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə “Swissinfo” məlumat yayıb. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ölkənin Aİ-nin yanaşmasına əməl etməyəcəyini bildirib.
Hesabata görə, beynəlxalq öhdəliklərə və qanunvericiliyə görə, ölkə “Rusiya Mərkəzi Bankının vəsaitləri ilə bağlı heç bir fövqəladə gəlir” əldə edə bilməz. Qeyd olunur ki, bu, konkret olaraq İsveçrəyə aiddir.
2024-cü ilin aprelinə olan məlumata görə, Rusiya mərkəzi bankının İsveçrədə dondurulmuş aktivlərinin ümumi dəyəri 7 milyard CHF-dən bir qədər çox olub. Bu vəsaitlər Rusiya ilə əlaqələri olan fiziki şəxslər və ya şirkətlər tərəfindən saxlanılan dondurulmuş aktivlərdən ayrıdır.
Daha əvvəl bildirilmişdi ki, iyunun 8-də Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi ilə bağlı razılığa gəliblər. Ukraynanın hər il təxminən 3 milyard avro alacağı gözlənilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay