Türk turistlər Yunanıstana axın edir
Türkiyə turizm biznesinin nümayəndələri qonşu Yunanıstana turist axınının olduğunu deyirlər.
Valyuta.az xəbər verir ki, bu barədə “Express” yazıb.
Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Kıvanç Meriç bildirib ki, Türkiyə qiymət üstünlüyünü itirib. Belə ki, onun hesablamalarına görə, 2024-cü ildə Yunanıstanın Samos adasına 150 minə yaxın türk gələcəksə, 2023-cü ildə bu rəqəm 40 minə yaxın idi.
Nəticədə turizmlə bağlı bütün biznes sektorları itkilərə məruz qalır. Məsələn, Türkiyənin Kuşadası kurort şəhərindəki balıq restoranının 57 yaşlı aşpazı Kaplan İlhan biznesinin 2023-cü ilə nisbətən təxminən 25 faiz azaldığını bildiirib.
"Sosial şəbəkələrdə Yunanıstanın daha ucuz olması ilə bağlı şayiələr böyük rol oynayır", deyə o qeyd edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay