BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
52583

Azərbaycan Respublikası illərlə davam edən münaqişədən və işğaldan sonra Qarabağ bölgəsini işğaldan azad etməklə böyük bir tarixi ədaləti bərpa etdi. Bu torpaqların azad olunması yalnızca siyasi və hərbi bir qələbə deyil, eyni zamanda vətəndaşların doğma torpaqlarına qayıdışını təmin edərək, onların məskunlaşması və iqtisadi fəaliyyətlə məşğul olmaları üçün geniş imkanlar açır. 

Hökumətin həyata keçirdiyi planlar və strategiyalar bu bölgələrin yenidən qurulması və əhalinin normal həyat şəraitinə qayıtması üçün mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Qarabağa köçən vətəndaşlara pay torpaqlarının verilməsi məsələsi də gündəmə gətirilib.

Maraqlıdır, Qarabağ ərazisinə köçən vətəndaşlara pay torpaqları verilə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında ictimai şuranın üzvü, "Rieltorlar assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov News24.az-a açıqlamasında bildirib ki, bu barədə qərar qəbul olunması olduqca düzgün və yerində olardı:

“1995-96-cı illərdə torpaq islahatı aparılan zaman həmin ərazilərimiz düşmən işğalı altında idi, buna görə də normal olaraq həmin ərazilərdə bölgü işləri aparılmamışdı. Lakin rəşadaətli Azərbaycan ordusu düşməni məğlub edərək öz doğma torpaqlarımızdan çıxarmağa nail oldu. 1990-cı illərdə həmin ərazidə yaşayan vətəndaşların nə qədər torpağı olubsa, yəqin ki arxivlərdə qalıb. Kolxoz-sovxoz dağılan zaman bütün bölgələrimizdə isalahatlar aparıldı və vətəndaşlara pay torpaqları verildi. İndi ərazilərimiz işğaldan azad olunub buna görə də, həmin ərazilərdə də islahatların aparılması məntiqli olardı”. 

Elnur Azadov qeyd edib ki, bu sahədə həm Nazirlər Kabineti, həm də parlament tərəfindən məsələ qaldırılıb müzakirə olunmalıdır. Onun sözlərinə görə, əsas problem torpaq bölgüsünün getdiyi bir vaxtda həmin ərazilərimizin işğal altında olmasından irəli gəlir: “Dövlətimizin və hökumətin əsas məqsədi vətəndaşların rifah içində yaşamasını təmin etməkdir və bu da təmin olunacaqdır. Bu gün həmin ərazilərdə olan kiçik kəndlər böyük qəsəbələrə birləşdirlib. Amma yenə də bu barədə qərar verilə yaxşı olar”.

Mövzu ilə bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik, lakin onlar mövzunun öz səlahiyyətlərinə aid olmadığını bildirdilər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirildi ki, Qarabağa köçən vətəndaşlara pay torpaqlarının verilməsi məsələsi onların səlahiyyətində deyil. Bu sahədə qərarların verilməsi və torpaqların bölüşdürülməsi üçün yalnız ali idarəetmə orqanlarının təsdiqi ilə mümkün ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin