Wall Street maliyyəçiləri seçkilərdə kimə səs verəcək?
Wall Streetdən getdikcə daha çox maliyyəçi qarşıdan gələn prezident seçkilərində ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının üzvü Kamala Harrisi dəstəkləməyə meyllidir.
Valyuta.Az xəbər verir ki, bu barədə "Financial Times” qəzeti mənbələrə istinadən yazıb.
Jurnalistlərin fikrincə, Amerikanın hazırkı lideri Co Bayden seçki yarışını tərk etdikdən sonra maliyyəçilərin Demokratlar Partiyasına münasibəti dəyişib. Bundan əvvəl Ağ Evin sahibinin antiinhisar siyasətindən narazı olan biznes nümayəndələri Respublikaçılar Partiyasının namizədi Donald Trampın tərəfinə keçmək variantını nəzərdən keçirirdilər.
Amma siyasətçi bu yaxınlarda bəyan edib ki, hakimiyyətə qayıdarsa, senator Cey Di Vensi vitse-prezident təyin edəcək. Sonuncu, böyük biznesin və beynəlxalq ticarətin əsl amerikalılara mənfi təsirinə əmin olan iqtisadi populist hesab olunur.
Nəşrin adını açıqlamayan mənbələrindən birinin dediyinə görə, Harris bu məsələdə daha mötədil mövqe tutur.
Wall Street Nyu-Yorkda şəhərin maliyyə rayonunun tarixi mərkəzi hesab edilən küçədir. Bu küçədə ümumi bazar kapitallaşmasına görə dünyanın iki ən böyük birjası (NYSE və NASDAQ) yerləşir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay