BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
52469

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən 3 il müddətində mikro sahibkar olan fərdi sahibkarların özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqları növbəti illərdə onların ödəyəcəyi vergi məbləğində nəzərə alınacaq. Dəyişikliyin mahiyyətini “vergiler.az”a “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Bildiyimiz kimi, fərdi sahibkar, fəaliyyətindən asılı olaraq, sadələşdirilmiş və ya gəlir vergisi ödəyicisi ola bilər. Bu güzəşt hər iki halda tətbiq ediləcək. Gəlir vergisi illik olduğu üçün güzəşt ilin sonunda, sadələşdirilmiş vergi rüblük olduğu üçün güzəşt rübün sonunda nəzərə alınacaq.

Vergi Məcəlləsinin 152.3 maddəsinə əsasən, gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 1: Fərdi sahibkar olan şəxs gəlirindən xərcini çıxmaqla əldə etdiyi mənfəətdən 4.000 manat vergi hesablayıb. O, ilin bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib, buna görə də hər ay 86.25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyib. Fərdi sahibkarın illik ödədiyi sığorta haqqı (MDSS) 1.035 manatdır:

86.25 x 12 manat.

Nəzərə alınacaq güzəşt: 1.035 x 25% = 258.75 manat:

Ödəniləcək vergi: 4.000 - 258.75 = 3.741,25 manat.

Şəxs əgər ilin 5 ayında fəaliyyət göstəribsə, bu zaman onun ödədiyi MDSS haqqı 431.25 manat olacaq.

86.25 x 5 – 431.25 manat.

Bu halda nəzərə alınacaq güzəşt 107.81 manat olacaq:

431.25 x 25% 107.81 manat.

Vergi Məcəlləsinin 221.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Misal 2: Fərdi sahibkarın 2024-cü ilin 2-ci rübü üzrə hesablanış sadələşdirilmiş vergi məbləği 300 manatdır. O, rübün bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib və 258.75 manat MDSS haqqı ödəyib:

86.25 x 3 = 258.75 manat.

Nəzərə alınacaq güzəşt: 258.75 x 25% = 64.69 manat;

Ödəniləcək vergi: 300 - 64.69 = 235.31 manat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin