İtaliyanın böyük bankı Rusiyada biznesini minimuma endirmək istəyir
İtaliyanın UniCredit bank qrupu 2025-ci ilə qədər Rusiyadakı biznesini əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin son rüblük hesabatında deyilir.
Altı ay ərzində bank transsərhəd riskə məruz qalmanı demək olar ki, sıfıra, beynəlxalq ödənişləri 8,5 milyard avrodan, ehtiyatlar çıxılmaqla kreditləri 1 milyard avrodan və depozitləri 2 milyard avrodan aşağı salmağı planlaşdırır.
UniCredit-in Rusiyadakı xalis mənfəəti ikinci rübdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalaraq 116 milyon avro təşkil edib.
İyunun əvvəlində UniCredit-in rəhbəri Andrea Orsel hazırkı şəraitdə qrupun Rusiya Federasiyasından tamamilə ayrılmasını son dərəcə çətin olduğunu deyib. Bank Rusiyadakı aktivlərini boş yerə satmaq istəmir, ona görə də “boz zona”da manevr etmək məcburiyyətindədir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay