ESPO Rusiya neftinin dəniz tədarükü rekordunu yenilədi
İyulda Rusiya dəniz yolu ilə ESPO (Şərqi Sibir - Sakit Okean boru kəməri ilə nəql olunan Sibir neftinin çeşidi. – red.) neftinin tədarükünü rekord səviyyəyə - gündə 945 min barelə (b/d) çatdırıb. İllik ifadədə artım 7,6% təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC Kpler məlumatlarına istinadən yazır.
Əvvəlki maksimum aprel ayında müəyyən edilib. Daha sonra ESPO-nun dəniz yolu ilə nəqlinin həcmi sutkada 936 min barelə çatıb.
Çin ənənəvi olaraq iyul ayında Rusiya neftinin əsas alıcısı olub. Bu, tədarüklərin 83%-ni təşkil edib. Bu istiqamətdə ESPO daşımaları gündə 786 min barel təşkil edib.
ESPO-nun Hindistana dəniz ixracatında da artım qeyd olunur. Belə ki, apreldə Asiya ölkəsinə üç, mayda dörd, iyunda altı neft partiyası göndərilib. Son məlumatlara görə, iyul ayında Rusiya Federasiyası indiyədək Hindistan bazarına ESPO-nun beş neft partiyasını göndərib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay