Tramp qalib gəlsə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edə bilər - İqtisadçı
"Donald Tramp 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Rusiyaya qarşı sanksiya təzyiqləri arta bilər".
Valyuta.az xəbər verir ki, bu fikirləri Amerikanın “Navigator Principal Investors” investisiya şirkətinin direktoru Kayl Şostak bildirib.
Onun sözlərinə görə, demokratlarla respublikaçıların şanslarının təxminən bərabər olduğu aydınlaşarsa, sanksiya səyləri çox proqnozlaşdırıla bilər və biz bu ilin sonuna qədər elan edilmiş üç və ya dörd sanksiya raundunu gözləməliyik.
Şostak deyib ki, hazırkı administrasiya qələbə şanslarının azaldığını anlasa, "qapını sonuncu dəfə çırpa bilər". Belə olan halda demokratlar sanksiya siyasətini xeyli gücləndirə bilərlər. Onun fikrincə, bu, daha real ssenaridir.
İyulun 17-də Donald Tramp Rusiyaya qarşı sanksiyaların tərəfdarı olmadığını bildirib.
Qeyd edək ki, ABŞ prezidenti koronavirus infeksiyası fonunda iyulun 17-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. Eyni zamanda, 81 yaşlı Co Bayden iyulun 21-də namizədliyini geri götürmək qərarını açıqlayıb. Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra bir çox demokratlar ona bu barədə müraciət ediblər. Bayden Demokrat Partiyasına Kamala Harrisin namizəd kimi irəli sürülməsini təklif edib. 2021-ci ildə o, ilk qaradərili qadın vitse-prezident olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay