Peskov: “Vəziyyət olduqca böhranlıdır, lakin bu, bizdən asılı deyil”
Kreml Rusiyanın “Drujba” kəməri ilə neft tranzitinin qarşısının alınması məsələsində Ukrayna ilə təmasa girmək imkanının olduğunu düşünmür.
Valyuta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
"Vəziyyət alıcılarımız üçün olduqca böhranlıdır, lakin bu, bizdən asılı deyil", - Peskov əlavə edib.
Bundan əvvəl Macarıstan və Slovakiya Ukraynanın tətbiq etdiyi məhdudiyyətlərə görə “Drujba” neft kəməri ilə Rusiya neftinin qəbulunu dayandırıb. İyun ayında Kiyev “Lukoyl”a qarşı sanksiyaları sərtləşdirib, buna görə Rusiya şirkəti faktiki olaraq neftin başqa dövlətlərə tranziti üçün Ukrayna ərazisindən istifadə hüququnu itirib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto qeyd edib ki, onun ölkəsi və Rusiya Federasiyası Rusiya neftinin respublika ərazisinə nəqlinin bərpası üzərində işləyir.
“Drujba” neft kəməri dünyanın ən böyük magistral neft boru kəmərləri sistemidir. O, 1960-cı illərdə Macarıstan, Çexoslovakiya, Polşa və ADR-i neftlə təmin etmək üçün SSRİ müəssisələri tərəfindən tikilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay