Novak LNG-nin AB sanksiyaları altında satışından danışdı
Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya tərəfi Avropa İttifaqının məhdudlaşdırıcı tədbirlərinə baxmayaraq, öz mayeləşdirilmiş təbii qazını (LNG) sata biləcək.
Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O vurğulayıb ki, Moskva sanksiyaları tanımır, çünki “onlar qanunsuzdur”. Novakın sözlərinə görə, Rusiya LNG-yə tələbat var və ona qlobal tələbat artır. Bu səbəbdən istehsal həcmləri satılacaq və tərəfdaşlarla razılıq əldə olunacaq.
Baş nazirin müavini əlavə edib ki, bu prosesdə aradan qaldırılmalı olan çətinliklər yarana bilər.
Bundan əvvəl Novak bildirib ki, Rusiya və Hindistan qaz tədarükünü, o cümlədən LNG formatında artırmaq imkanlarını araşdırır.
Rusiya-Hindistan danışıqlarında nümayəndə heyətinin tərkibində olan Novak əlavə edib ki, Rusiya Hindistanın həm Arktika şelfində, həm də Saxalində qaz hasilatı üzrə əməkdaşlıq razılaşmasına ümid edir.
Bir gün əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyaları Moskvanı mayeləşdirilmiş təbii qazı (LNG) Aİ ölkələrindən başqa heç kimə ixrac etməməyə məcbur etmək cəhdidir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay