İnvestorlar Avropanın ən böyük iqtisadiyyatına inamını itirir
İnvestorların Almaniya iqtisadiyyatına inamı son bir ildə ilk dəfə olaraq pisləşib. İyulda biznes güvən indeksi bir ay əvvəl 47,5-dən 41,8-ə düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" ZEW tədqiqat institutunun məlumatlarına istinadən yazır.
ZEW prezidenti Açim Vambax qeyd edib ki, bu dinamika regionda iqtisadi perspektivlərin pisləşməsi ilə bağlıdır. May ayının nəticələrinə görə, Almaniya ixracatı gözləniləndən çox azalıb. Bundan əlavə, ECB-nin pul siyasətinin gələcəyi son dərəcə qeyri-müəyyən olaraq qalır.
Ötən həftə Almaniya hökuməti ölkədə hüquqi şəxslərin müflisləşməsinin sayının artması probleminin real miqyasını gizlətməkdə ittiham edilib. "Berliner Zeitung"a müsahibə verən ekspertlər əmindirlər ki, vəziyyət Almaniya İqtisadiyyat Nazirliyinin dediyindən qat-qat ciddidir. Almaniyanın "Creditreform" kredit agentliyinin məlumatına görə, ölkədə altı ayda müflisləşmələrin sayı artıq on illik rekorda çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay