Alman logistika şirkəti sanksiyaya məruz qalan rus istehsalçılarına idxalda kömək edir
Almaniyada qeydiyyatdan keçmiş bir şirkətə məxsus olan “HT Rus” Rusiya sanksiyalarına məruz qalan şirkətlərə paralel idxal xidmətləri təklif edir.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters yazır.
2022-ci ilin fevralında Rusiya qoşunları Ukraynanı işğal edəndə Alman logistika şirkəti Hellmann Worldwide Logistics Rusiya bazarından çıxdığını elan edib. Lakin şirkətin Moskva ofisinin bəzi keçmiş əməkdaşları bu vəziyyətdən öz mənfəətləri üçün istifadə etmək qərarına gəliblər.
Böyük müharibədən əvvəl Hellmanın Moskva ofisi rus sənaye firmalarına alətlər, hissələr və avadanlıqları Qərbdən çatdırmaqda kömək edib. İşğaldan sonra belə tədarüklər beynəlxalq sanksiyalarla məhdudlaşdırılıb. Ən azı iki keçmiş Hellmann işçisinin ortaq sahibi olduğu yeni Rusiya şirkəti Heinrich Tapp Rus (HT Rus) şirkətin bir çox köhnə müştərilərini ələ keçirib.
“HT Rus” Rusiyadakı müştərilərinə "paralel idxal" təklif edir - malların Qərb sanksiyalarından yan keçməklə üçüncü ölkələr, məsələn, Türkiyə və ya Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə çatdırılması.
2023 və 2024-cü illər üçün Rusiyanın vergi sənədlərindən, eləcə də Rusiya və Almaniyadakı rəsmi korporativ reyestrlərdən istifadə edərək, Reuters müəyyən edib ki, “HT Rus” Kremlin müharibə maşınına dəstək verdiyinə görə beynəlxalq sanksiyalar altında olan rus müştərilərinə xidmət göstərir.
Keçən il təqribən 17,5 milyon dollar gəlir əldə edən firma, Vladimir Putin üçün limuzinlər istehsal edən Aurus şirkəti də daxil olmaqla Rusiya müştəriləri - rus hərbi yük maşınlarının istehsalçısı olan “Kamaz”ın törəmə müəssisələri; Tümen Batareya Zavodu, silah istehsalçısı üçün akkumulyatorlar tədarükçüsü ilə işləyir.
“HT Rus” alman iş adamının səhmdarı olduğu və korporativ sənədlərə görə ötən aya qədər başqa bir almanın direktor olduğu Almaniyada qeydiyyatdan keçmiş firmaya məxsusdur.
Hellmann Worldwide Logistics bəyan edib ki, bunun HT Rus-un və ya onu idarə edən şəxslərin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Reuters Hellmann tərəfindən sanksiyaların pozulmasına dair heç bir sübut tapmayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay