NATO ölkələrindən 1 milyard dollarlıq yatırım
NATO-nun 17 ölkəsindən ibarət qrup Alyansın Kosmosdan Davamlı Nəzarət (APSS) proqramına 1 milyard dollar ayırmağı vəd edib.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, NATO-nun veb-saytının verdiyi məlumata görə, o müttəfiqlərin “quruda və dənizdə görünməmiş dəqiqlik və səmərəliliklə fəaliyyətlərə nəzarət etmək” imkanlarını gücləndirməlidir.
Press-relizdə deyilir ki, müvafiq sənəd Vaşinqtonda keçirilən NATO sammitində imzalanıb. Qeyd edildiyi kimi, APSS alyansın tarixində ən böyük “kosmik imkanlara çoxmillətli investisiya”nı təmsil edir.
Memorandumun imzalanması ilə proqram növbəti 5 il ərzində 17 NATO ölkəsi “kommersiya və milli kosmik aktivlərdən istifadə etmək və onların istismarı üçün qabaqcıl imkanları genişləndirmək məqsədi ilə 1 milyard dollardan çox vəsait ayıracaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay