Dünya
12.07.2024 / 15:08
Dünya əhalisinin sayı pik həddə çatacaq - BMT
51644
BMT qlobal əhali artımı ilə bağlı proqnozlarına yenidən baxıb. Analitiklərin hesablamalarına görə, 21-ci əsrdə pik həddə çatma ehtimalı 30%-dən 80%-ə yüksəlib.
Valyuta.az xəbər verir ki, bu barədə təşkilatın hesabatında deyilir.
Yenilənmiş proqnoz zirvəni 2080-ci illərin ortalarına qoyur. Həmin vaxta qədər planetdəki insanların sayının indiki 8,2 milyarddan 10,3 milyard nəfərə yüksələcəyi gözlənilir. Bundan sonra artım dayanacaq, hətta əhalinin sayı bir qədər azalacaq.
"Eyni zamanda, bəzi ölkələrdə artımın pik nöqtəsi artıq keçib", deyə BMT qeyd edib. Onların arasında Rusiya, Almaniya, Çin və Yaponiya da var.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay