XİN Rusiyanın Minsklə birgə təyyarə yaratmaqda maraqlı olduğunu təsdiqlədi
Rusiya Belarusun birgə təyyarələrin yaradılmasında iştirakını genişləndirməkdə maraqlıdır.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O qeyd edib ki, belə bir perspektiv İttifaq dövlətində texnoloji suverenliyin möhkəmləndirilməsi və sənaye əməkdaşlığının dərinləşdirilməsi məqsədlərinə tam cavab verir.
Xarici işlər nazirinin müavini bildirib ki, Rusiyanın orta mənzilli MS-21 təyyarələri üçün komponentlər istehsal edən 407 saylı Minsk Mülki Aviasiya Zavodu ilə artıq səmərəli əməkdaşlıq qurulub. Ölkələr Belarus müəssisələrində sifarişlərin həcmini artırmağı, həmçinin layner üçün istehsal olunan məhsulların çeşidini genişləndirməyi planlaşdırır.
Qaluzin əlavə edib ki, Rusiya və Belarus mütəxəssisləri regionlararası hava yollarının müasir geniş şəbəkəsinin yaradılması üçün yüksək tələbat olan yüngül təyyarələrin istehsalı üzrə birgə layihə üzərində işləyirlər.
Aprel ayında məlum olub ki, Rusiya və Belarus yüngül çoxməqsədli “Osvey” təyyarəsinin birgə istehsalına dair saziş imzalayacaqlar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay