Rusiyalıların 70%-i üstündə nağd pul gəzdirmir
Rusiyalıların əlindəki nağd pulun həcmi ilin birinci yarısının sonunda 570,3 milyard rubl azalıb. Bu, son doqquz ildə ən yüksək nağd gəlir məbləğidir.
Valyuta.az xəbər verir ki, bu barədə RBC Rusiya Federasiyası Mərkəzi Bankının statistikasına istinadən yazır.
Analitiklər bu dinamikanın əsas səbəbini faiz dərəcələrinin artması ilə əlaqələndirirlər. Onların fikrincə, tendensiya ötən ilin payızında formalaşmağa başlayıb.
"Biz ev təsərrüfatlarının əmanətlərinə böyük axını görürük - son bir ildə 10 trilyon rubldan çox, hər ay müddətli depozitlərə demək olar ki, 0,7 trilyon rubl gəlir - bu həm də nağd pulun sistemə qaytarılması ilə bağlıdır", - Qazprombank Private Banking direktoru Yeqor Susin deyib.
İndi nağd pulun ümumi pul kütləsində payı 16,1% təşkil edir ki, bu da tarixi minimumdur.
Anderida Financial Group-un araşdırmasına görə, rusların 70%-i nağd pul daşımır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay