Azərbaycan 5 ayda xaricə alma satışından 22 milyon dollar gəlir əldə edib
2024-cü ilin yanvar-may aylarında Azərbaycan 33 min 367 ton alma ixrac edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın ixrac dəyəri 22 milyon 250 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 1 086 ton (3,3 % ), dəyər baxımından isə 1 milyon 346 min ABŞ dolları çoxdur.
2023-cü ilin yanvar-may aylarında Azərbaycan 32 min 281 ton alma ixrac edilib. Bu həcmdə almanın ixrac dəyəri 20 milyon 904 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 14 min 164 ton (78,2 %), dəyər baxımından isə 8 milyon 861 min ABŞ dolları ( 73,5 %) çoxdur.
2022-ci ilin yanvar-may aylarında ölkədən 12 milyon 43 min dəyərində 318 min 117 ton həcmində alma ixrac edilib. Bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 5 min 945 ton (24,7%), dəyər baxımından isə 1 milyon 494 min ABŞ dolları (14,1%) azdır.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay