Xəbər
10.07.2024 / 18:50
FHN-nin Tibb Xidməti niyə məhkəməyə verilib?
51504
"VİTTA Elmi-Texniki" MMC ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzi arasında alqı-satqı müqaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, bu mübahisədən dolayı şirkət məhkəməyə müraciət edib.
"VİTTA Elmi-Texniki" MMC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Kənan Hüseynovun icraatındadır.
"VİTTA Elmi-Texniki" MMC Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı məqsədilə 1991-ci ilin may ayında təsis edilib.
Şirkətin direktoru Kamal Quliyevdir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay