BAKU Azərbaycan
10.36°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
51355

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, şirkətin maliyyə hesabatında bildirilib ki, ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 1 milyon 820.4 min manat zərər edib. 2022-ci ildə şirkət 58.4 min manat xalis mənfəət əldə etmişdi.

2023-cü ildə təchizat şirkətinin cəmi gəlirləri 10.6% azalaraq 6 milyon 896,2 min manat, ümumi xərcləri isə 14% artaraq 8 milyon 716.7 min manat təşkil edib. Beləliklə şirkət 1 milyon 820.4 min manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 18% kiçilib. Belə ki, 2023-cü ildə şirkətin cəmi aktivləri 18.4% və ya 4.3 milyon manat azalaraq 19 milyon manata bərabər olub. Cəmi öhdəlikləri isə 12.6% və ya 2 milyon 171 min manat azalaraq 15 milyon manat təşkil edib.

Şirkət ötən ili xalis zərərlə bitirməsi onun cəmi kapitalına mənfi təsir edib. Ümumilikdə, şirkətin cəmi kapitalı bu il yanvarın 1-nə əvvəlki illə müqayisədə 34.7% və 2,1 milyon manat azalaraq 3 milyon 990 min manata enib.

Qeyd edək ki, nizamnamə kapitalı 200 min manat olan "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC 5 dekabr 2019-cu ildə təsis edilib və aqrar kimyəvi məhsullar, gübrə və toxum satışını həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimizin qiyməti 73 dollara düşüb

Nəqliyyat şirkətinin mənfəəti bölüşdürüləcək

Qızılın qiyməti rekord bahalaşdı

Azərbaycanda 39 məktəb bağlanıb

4 vəkilə xəbərdarlıq edildi - İkisinə isə töhmət verildi

Rubl bahalaşdı, lirə və avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Deputatlar toplaşır- Baş nazir hesabat verəcək

Düşüncə tərziniz həyatınızı necə şəkilləndirir? - SƏHƏR OXUSU

Düşüncə tərziniz həyatınızı necə şəkilləndirir? - SƏHƏR OXUSU

ATU milyon yarım milyonluq dərman alır

Səhiyyə Nazirliyi tibb müəssisəsinin tikintisinin davamına daha 18 milyon ayırdı

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin