
Azərbaycanda hansı torpaqlar vergidən azaddır?
Azərbaycanda bir sıra vergi güzəştləri var. Bəzi hallarda hüquqi və fiziki şəxslər qanunvericiliyə uyğun olaraq vergidən azad edilir.
Torpaq vergisi ilə bağlı güzəştlər tətbiq olunur.
Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən l rezident və qeyri-rezident hüquqi şəxslər l kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisinin ödəyicləri hesab olunur.
Bu torpaqlar isə torpaq vergisindən azaddır:
- Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar;
- Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
- Fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
- KOB klaster şirkətlərinin mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqları KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
- İnvestisiya təşviqi sənədini almış şəxslərin həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqları 7 il müddətinə;
- Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan şəxslərin həmin parkda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq bu parkda istifadə etdikləri torpaqlara görə 10 il müddətinə;
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay