Xəbər
05.07.2024 / 00:35
Belçika minatəmizləmə üçün Azərbaycana vəsait ayırdı
51164
Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN-qeyd) ayırıb.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində qeyd edib.
"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, - diplomat yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay