Sənədsiz əmlakı olanlara VACİB XƏBƏR - Tezliklə bu evlər… - VİDEO
Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir. Bununla bağlı yeni elektron portal hazırlanır və sistemin 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.
İnsan sağlamlığına və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Xezerxeber.az-ın məlumatına görə, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin təqribi sayı isə 450-500 min arasıdır. Bəzi tikili və ya torpaq sahələrinin sənədləşdirilməsi isə mümkün olmayacaq.
Ekspertin sözlərinə görə, bu proses bazarda ipoteka predmeti olan ucuz əmlakların sayını artıracaq. Bununla yanaşı həmin torpaq sahələri də sənədləşdiriləcək ki, vətəndaş onun üzərində qanuni tikinti apara bilsin.
Ekspert əlavə edib ki, aministiya təkcə fərdi yaşayış evləri və ya torpaq sahələrinə aid deyil. Həmçinin çoxmənzilli yaşayış binaları da var ki, hələ də çıxarışla təmin olunmayıb. Portal istifadəyə verildikdən sonra həmin mənzillərin də çıxarışla təmin olunması gözləniləndir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay