BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
50818

“POS-terminal işləmir”, “POS-terminalın enerjisi bitib”, “Texniki nasazlıq yaranıb”... Bunlar kartla ödənişi qəbul etməyən sahibkarların öz işçilərinə əzbərlətdirdikləri cümlələrdir. Sanki bütün obyektlər sözləşib eyni fikri deyirlər. “Nağd pulum yoxdur, necə edim” deyə soruşanda isə, kartdan karta köçürməyimizi istəyirlər.

Hətta bəzi kiçik sahibkarlar, xüsusilə də meyvə-tərəvəz dükanları bu metodu bir az da inkişaf etdirib, mağazanın divarına A4 vərəqində kartlarının nömrəsini açıq yazırlar və qeyd edirlər: “Kartla ödəniş yalnız kartdan karta köçürməklə mümkündür”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də məlumat yayıb ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. DVX vətəndaşları öz hüquqlarını qorumaq üçün bu metodlardan çəkinməyə çağırır. 

Maraqlıdır, əgər bu üsul qanunsuzdursa, sahibkarlar necə açıq şəkildə bundan istifadə edirlər? Bu halların qarşısı necə alınmalıdır? Ən əsası, müştərinin hüquqları necə pozulur, müştəri bu əməliyyatı həyata keçirərkən hansı imtiyazlardan məhrum olur?

Vergi mütəxəssisi Anar Bayramov “Kaspi” qəzetinə açıqlamasında deyir ki, ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biri iqtisadiyyatın şəffaflaşması, real dövriyyələrin öz əksini tapmasıdır. Bunun üçün də qanunvericilik bazası təkmilləşdirilir, sərt intizam, tənbeh növləri gətirilir və stimullaşdırıcı tədbirlər həyata keçirilir: “Bunlardan biri də nağdsız hesablaşmalara marağın artırılmasıdır. Məsələn, “ƏDV geri al” kimi kampaniyadan istifadə edilir, hətta bəzi banklar ƏDV-ni ikiqat qaytarmağı təklif edirlər ki, müştərilər özləri POS-terminalla ödəməyə maraqlı olsunlar. Burada məqsəd nağdsız hesablaşmaların çəkisinin artırılmasıdır. Müştəri tələb etdikdə, sahibkar dövriyyəsini gizlədə bilmir, vergilərini real şəkildə ödəyir. Lakin müştərilər kartla ödəniş etmək istəyəndə, sahibkarlar dövriyyələrini az göstərmək imkanı əldə edirlər. Əgər müştəri kartdan karta köçürməkdən imtina etsə və nağd pulunun olmadığını desə, bu zaman “nasaz” POS-terminal işləməyə başlayır”.

Mütəxəssis qeyd edir ki, bu hallar qanunsuzdur və aşkarlandıqda, şikayət olunduqda sahibkar məsuliyyətə cəlb edilir: “Müştəri kartdan karta köçürmələr edərkən onun üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmir. Məsələn, bu zaman “ƏDV geri al” hüququndan məhrum olur. Bundan əlavə, kartdan karta əməliyyatları zamanı vətəndaş çətin vəziyyətdə qala bilər. Alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Rəqəmi səhv yazanda məbləğin başqasının hesabına oturması da mümkündür. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb”.

Həmsöhbətimizin sözlərinə görə, Dövlət Vergi Xidmətinin çağırışları ilə yanaşı, müştərilərə POS-terminaldan ödənişlər zamanı verilən fürsətlər bu metoddan istifadənin azalmasında mühüm rol oynayır: “Ölkədə sahibkarlar, ictimai iaşə obyektləri, ticarət mərkəzləri, restoranlar kifayət qədər çoxdur, amma vergi orqanı əməkdaşlarının sayı azdır. Bütün ölkəyə nəzarət etmək imkanları məhduddur. Məhz bu səbəbdən cərimələrin və stimullaşdırıcı alətlərin tətbiqi ilə sahibkarları belə hallardan çəkindirməyə çalışırlar”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Murad Mirzəzadə deyir ki, bu akt qanunsuzdur və vergidən yayınmaq məqsədi daşıyır: “İki şəxs arasında kartdan karta əməliyyatların aparılmasında qanuni baxımından heç bir problem yoxdur. Hər kəs bu hüququndan yararlana bilər. Lakin bir tərəf vergi ödəyicisidirsə və köçürmə sahibkarlıq fəaliyyətindən irəli gəlirsə, bu zaman kartdan karta əməliyyatından söhbət gedə bilməz”. 

Vəkilin sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsində qeyd edilib ki, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır: “Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Təbii ki, qanunvericiliyin tələbinə riayət etməyənlər məsuliyyətə cəlb olunurlar. Vergi orqanları tərəfindən bu cür neqativ qarşı mütəmadi olaraq əməliyyatlar həyata keçirilir. Əgər qanunsuzluq aşkar olunarsa, obyektə ilk dəfə olduqda min manat, təqvim ili ərzində ikinci dəfə aşkarlandıqda üç min manat, iki və daha artıq qanun pozuntusu olduqda isə altı min manat cərimə tətbiq edilir. Bu, Vergilər Məcəlləsinin tələbidir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Olmazsa olmaz"la "olsa yaxşı olar"ı ayırmaq - Sahibkarlardan məsləhətlər

İcbari sığorta üzrə ödənişlər 22,7% artıb

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri

"CapCut"ın süni intellekt dəstəkli platforması "Dreamina" - Özəllikləri

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbağda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Külək elektrik stansiyalarının istehsalı 60 %-dən çox azalıb

Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6 900 dəfədən çox artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin