“Azkredit”in xalis mənfəəti və kapitalı azalıb
"AzKredit" bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Valyuta.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "AzKredit" BOKT-un xalis mənfəəti əvvəlki illə müqayisədə 22% azalaraq 1 milyon 27.8 min manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 1 milyon 320.4 min manat təşkil etmişdi.
Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 4 dəfə artaraq 378.9 min manat, mənfəət vergisindən əvvəlki gəlirləri isə 22.2% azalaraq 1 milyon 284,8 min manat təşkil edib.
Ötən il BOKT-un cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 9.7% və ya 182.7 min manat artaraq 2 milyon 63.1 min manat olub. Bu dövrdə təşkilatın əmlak, tikili və avadanlıqlar hesabı 52 dəfə azalaraq 9 min manata enib.
Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 92.1% artaraq 1 milyon 866.8 min manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 51.7%-dən 90.4%-ə yüksəlib.
Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 2.6 dəfə və ya 515.8 min manat artaraq 841.4 min manata bərabər olub. Təşkilatın öhdəliklərinin artmasının səbəbi borc qiymətli kağızları ilə bağlıdır. Belə ki, 27 yanvar 2023-cü il tarixində şirkət 500 min manat məbləğində hər birinin nominal dəyəri 1000 manat olan 500 ədəd faizli təmin edilməmiş istiqrazlar buraxıb.
2024-cü il yanvar ayının 1-nə "AzKredit" BOKT-un cəmi kapitalı 1 milyon 221.7 min manata bərabər olub ki, bu da illik müqayisədə 21.4% azdır.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay