BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
50486

Ruzanna Bəşirova
    Xərclər üzrə konsultant 

Aylıq kredit məbləği az və faizsiz olduğu üçün yeni əşyalar almaq istəyirsiniz? O zaman gəlin məsələyə daha geniş prizmadan baxaq.

Əgər büdcəniz limitli, ehtiyaclarınız isə çoxdursa, o zaman ağıla ilk gələn metod hissəli ödəniş olur. Məbləğ az olduğu üçün ödənilən pul gözə görünmür və çox ağırlıq yaratmır. Amma istənilən halda o məbləğ bizim büdcəmizdən çıxır. 

Məbləğlər nə qədər az olsalar da, büdcəmiz də vahid və limitli olduğu üçün bəzən o balaca məbləğlər belə bizim üçün ağır yükə çevrilə bilər. Buna görə də gəlin alacağımız əşyaları aylıq ödənişləri ilə yanaşı, onların bizim həyatımızdakı funksionallığına da diqqət yetirək.

Əgər almaq istədiyimiz əşyalar həqiqətən bizim üçün lazımdırsa, vaciblik dərəcəsinə görə sıralayaq. Daha sonra bu əşyaların aylıq ödənişlərinə baxaraq bir aylıq gəlirimiz və digər xərclərimizlə birlikdə nə qədər ödəniş etmək imkanımızı qiymətləndirək.

Bizə lazım olan əşyaların bir neçəsinin hissəli ödənişini edə biliriksə və bu bizi artıq yükün altına salmırsa, bu zaman əşyaları almaqda problem yoxdur, ala bilərik.

Əşyalar bizə vacib və təcili lazım deyilsə, sadəcə bu əşyalarımızın da olmağını istəyiriksə, o zaman bu cür əşyalar üçün az-az pul yığmaqla bir müddətdən sonra da almaq olar.

Alacağımız əşyaların hissəli ödənişi zamanı əlavə faiz ödəməli olacağıqsa, bu zaman isə çalışıb əşyanın pulunu toplayaraq almaq daha məsləhətlidir.

Bəzən əşyaların vaciblik dərəcəsinə görə addım atmaq lazım olur. Əgər sizin işiniz noutbukdan keçir və sizin qəfildən noutbukunuz xarab olub və təcili almalısınızsa, bu zaman kiçik bir bazar araşdırması edib ən optimal variantı tapmaqda fayda var. Bəzən insanlar təcili lazım olan əşyalar üçün sürətli qərar verdikləri üçün maddi cəhədən ziyana düşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ADB 2026-cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

Kiçik kitab mağazası açmaq üçün nə qədər maliyyə lazımdır?

“Aqroservis”in həbsdə olan sabiq vəzifəli şəxsinə hökm oxunub

Azərbaycan şirkətinə əlavə maya qoyuldu - 143 milyonu keçdi

Sabah Bakıda yağış yağacaq

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir (Yenilənib)

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir (Yenilənib)

Alman maşınları bahalaşdı - Bazarda son vəziyyət

Prezident: COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq

"İnstagram" bu funksiyasını dəyişəcək

Xanlar Vəliyevin yeni vəzifəsi məlum oldu

Şərurlu İsfəndiyardan daha bir şikayət: "18 ildir mənə 73 min dollar borcludur"

Hakim yarım milyonluq qızıla görə tutulanların həbsinin davamına qərar verdi

İnvestisiya şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək – Rəsmi tarix açıqlanıb

Sağlam olan 26 nəfərə "yararsız" sənədi verilib, 36 nəfər isə yararsız olduğu halda xidmətə çağırılıb

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

"CFI Financial İnvestisiya Şirkəti"nə böyük maya qoyulsa da, sələfinə çata bilmir - 209 milyonluq azalma

Ermənistan Araz çayını çirkləndirir - Prezident

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin