Polşa ukraynalı qaçqınlara bir sıra ödənişləri ləğv edəcək
İyulun 1-dən Polşa hakimiyyəti ukraynalı qaçqınların özəl sektorda yerləşdirilməsi üçün qaçqınların özlərinə və ev sahiblərinə ödənişləri ləğv edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə İAR radiostansiyası məlumat yayıb.
"Polşa hökuməti bunu sistemin etibarlılığının təmin edilməsində çətinliklərlə izah etdi. Proqrama getdikcə daha çox müraciət Ukrayna vətəndaşlarının özləri tərəfindən təqdim edilirdi ki, bu da onların ailə üzvləri olan insanları yerləşdirib-yetirməmələrinə şübhə yaradırdı”, deyə nəşr yazır.
Polşa hakimiyyəti Ukraynadan olan qaçqınları evlərində yerləşdirən ev sahiblərinə hər adam üçün gündə 40 zloti (təxminən 10 dollar) ödəyib. Bundan əlavə, qaçqınlar 300 zloti (təxminən 75 dollar) məbləğində birdəfəlik ödəniş alıblar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay