BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
50295

Kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi genişlənir. Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.

Sığorta iribuynuzlu və xırdabuynuzlu heyvanları əhatə edir.

Aqrar Sığorta Fondunun ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu və 3-cü şəxslərin hərəkətlərindən qoruyur. Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.

Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.

Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvanların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib.

Qanunvericiliyə əsasən, kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2 faiz arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır. Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq, cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.

Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.

Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.

Fermerlər Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala, heyvanlarını sığorta etmək üçün tələb olunan sığorta haqlarını kalkulyator vasitəsilə özləri də hesablaya bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin