Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı Krım və Sevastopolun ilhaqına görə 2014-cü ildən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini 2025-ci il iyunun 23-dək uzadıb.
Valyuta.az-ın xəbərinə görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Rəsmi sənəddə Aİ-nin Krım və Sevastopolun ilhaqını tanımadığı və bu faktın beynəlxalq hüququn pozulması kimi qiymətləndirildiyi açıqlanıb.
Qeyd olunub ki, sanksiyalar həmin ərazilərdə istehsal olunan malların Avrozonaya idxalını, eləcə də Avropa İttifaqına üzv ölkələrdən Krımın və Sevastopolun turizm sektoruna sərmayə qoyulmasını qadağan edir. Eyni zamanda bu bölgələrdə fəaliyyət göstərən şirkətlərə nəqliyyat, kommunikasiya, enerji, neft-qaz hasilatı, o cümlədən kəşfiyyat sahəsində istifadə olunacaq avadanlıqların satışı qadağan olunur.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay