BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9559
  • RUB
    2.1627
  • TRY
    0.043
  • GBP
    2.2854
50130

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, xalqımızı və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edən dövlət başçısı bildirib:

“Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”.

Dini bayramların, o cümlədən Qurban mərasimlərinin cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

“Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Samsung" zəlzələni xəbər verən sistem hazırlayır

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

AAYDA-nın sədri Mayis Qədirovu direktor təyin etdi

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Tələbə təqaüdləri artırılır? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir

Sabahın hava proqnozu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı - RƏSMİ

"OpenAI" və "Microsoft" arasında gərgin danışıqlar - 20 milyard dollarlıq risk

“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub

“Amazon” süni intellektlə bağlı planlarını açıqladı - Minlərlə işçi ixtisar ediləcək

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Şirniyyat biznesi satılır - QİYMƏT

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Bakıda məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

“Veteran pulu” ilə bağlı AÇIQLAMA

Lokalizasiya: hədəf auditoriyanı tanımadan uğur mümkündürmü?

Neftimizin qiyməti 82 dolları keçdi

Azərbaycan bu ölkədən 1 ton bilyard əşyasını 5 892 manata alıb

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Rubl və avro bahalaşdı

“Kontakt Home”, “Baku Elektronics” market marketinqi ilə işləyir”

"Bitcoin" 104 min dolları keçə bilmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin