Tənbəl işçilərin 6 ortaq xüsusiyyəti
Təcrübəli menecer işçinin tənbəl olub-olmadığını bir çox cəhətdən anlaya bilər. Lakin tənbəl işçilər elə spesifik xüsusiyyətlərə malikdirlər ki, az qala hər kəs bir az müşahidə etməklə kimin uğurlu, kimin tənbəl olduğunu müəyyən edə bilər.
Valyuta.az iş həyatının ayrılmaz hissəsi olan və demək olar ki, bütün ofislərdə rast gəlinən tənbəl işçilərin 6 xüsusiyyətini təqdim edir:
Şikayət etmək
Şikayət etmək həmişə istehsal etməkdən daha asandır. Əgər işçi həllini tapmaq və o işi görmək əvəzinə daima işi ilə bağlı hər hansı məsələdən şikayətlənirsə, dəyişiklik etmək, yeni bir şey öyrənmək istəməyə bilər. Tənbəllər şikayət etdiyi halda, işləyənlər şikayət etmək əvəzinə o işin tələblərini yerinə yetirirlər.
Bəhanələr gətirmək
Şikayət etmək kimi, bəhanə gətirmək də məhsuldar olmayan işçilərdə görülən davranışlardandır. Təbii ki, iş həyatında bəzən gözlənilməz səbəblərdən işlər ləngiyə bilər. Amma bir işçi nə qədər məşğul olduğu barədə mütəmadi olaraq bəhanə gətirəndə və işini başa çatdırmayanda problem yaranır.
Ləngimək
İşçilər zaman-zaman görməli olduqları işləri hər hansı səbəbdən təxirə salırlar. Ancaq bir işi görərkən davamlı olaraq bəhanələr irəli sürülürsə və görülməli olan işlər davamlı olaraq təxirə salınırsa, burada problem var.
Qayğısına qalmaq
Diqqətli görünmək, baş menecer və ya digər yüksək səviyyəli menecerlər iş yerində olduqda işçinin etdiyi hərəkətdir. Tənbəl işçilər maraqlandıqları adam işdə olarkən "işlər mənim nəzarətimdədir" və "mən hər şeylə maraqlanıram" imicini yaratmağa can atırlar.
Motivasiya olmaması
Bəzən işçilərin tənbəlliyinin səbəbi istedadın yox, motivasiyasının olmaması ilə bağlı ola bilər. Yaşadıqları hər hansı bir problem səbəbiylə işə marağı və işə bağlılığı azalan işçilər, işləri ilə bağlı yeni bir şey olmadığına inanmağa başlayanda işlərini təxirə salmağa və laqeyd yanaşmağa başlayırlar.
Əgər şəxsi reklamını edə bilmirsə...
Bəzi işçilər isə əslində istedadlı və məsuliyyətli olsalar da, işdən çəkinməsələr də, nə qədər məhsuldar olsalar da, özlərini göstərə bilmirlər. Özünü yaxşı reklam edə bilməyən, şəxsi brendini yaxşı yarada bilməyən əməkdaşlar nə qədər çalışsalar da uğurlarını nümayiş etdirə bilmirlər və bir müddət sonra şikayətçilər ordusunda öz yerlərini tuturlar.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay