Xəbər
12.06.2024 / 17:09
Depuata məxsus şirkət hansı qaydaları pozub?
49983
“Kaspi-Yıldız” şirkəti cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati iş başlanıb.
İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
389-cu maddədə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
“Kaspi-Yıldız” MMC deputat İqbal Məmmədovun şirkətin kimi tanınır.
2010-cu ilə qədər şirkətin qanuni təmsilçisi İqbal Məmmədovun özü olub. Daha sonra şirkətə qardaşı Çingiz Məmmədov rəhbərlik edib.
Hazırda “Kaspi-Yıldız”ın qanuni təmsilçisi Cəmaləddin Əliyevdir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay