Azərbaycan əhalisinin yanacaq xərcləri 1 milyard 250 milyon manatı ötüb

Redaktor

23.06.2024 16:28
503

Azərbaycan əhalisinin yanacaq xərcləri 1 milyard 250 milyon manatı ötüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 251,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,8 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...