G7 Rusiya aktivlərinin toplanması üçün fond yaradacaq
G7 ölkələrinin liderləri Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yönəldiləcəyi xüsusi fondun yaradılması barədə razılığa gəlməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, G7 ölkələrinin liderləri belə bir fondun yaradılmasını iyunun 13-15-də İtaliyada keçiriləcək sammitdə müzakirə etmək niyyətindədirlər.
İyunun 11-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen dondurulmuş Rusiya aktivlərinin yerləşdirilməsi nəticəsində Avropa ölkələrinin əldə etdikləri gəlirin iyul ayından etibarən Ukraynaya ötürülməyə başlayacağı barədə məlumatı təsdiqləyib. Söhbət 1,5 milyard avrodan gedir ki, bu məbləğin 90%-i Ukrayna Silahlı Qüvvələri üçün silahların alınmasına gedəcək.
İyunun 8-də ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron Kiyevin Aİ-də dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi mənfəətdən istifadəsini rəsmən dəstəkləyiblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay