Xəbər
11.06.2024 / 22:26
“Azfen” şirkəti məhkəmə qarşısında
49901
“Azfen” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilir.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılması) maddəsi ilə inzibati iş başlanıb.
İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
İyunun 21-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
499.1.1-ci maddədə fiziki şəxslərin 150 manat məbləğində, vəzifəli şəxslərin 300 manat məbləğində, hüquqi şəxslərin isə 600 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay