Xəbər
11.06.2024 / 19:22
DGK-dan deputata məxsus olduğu deyilən şirkətə qarşı ittiham
49891
Dövlət Gömrük Komitəsi (DGK) “Avromed Company” Qapalı Sıhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlayıb.
Valyuta.az xəbər verir ki, qurum şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürüb.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Nigar Qədirli iş üzrə hakim təyin edilib.
485.2-ci maddədə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Avdomed Company” QSC deputat Cavanşir Feyziyevin şirkəti kimi tanınır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay