"Qafqaz Konserv Zavodu" cərimələndi
"Qafqaz Konserv Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
İş Xaçmaz Rayon Məhkəməsinin hakimi Aynur Əliyevanın icraatındadır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Mətbuatda yayılan məlumata görə, Qafqaz Konserv Zavodu fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Şirkətin qanuni təmsilçisi Rüstəmov Rüstəm Qərib oğludur.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay