BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
49678

Vətəndaşların əksəriyyəti daha bir əmlak məsələsindən əziyyət çəkirlər. Söhbət çıxarışsız torpaq sahələrindən, fərdi həyət evlərindən gedir.  Belə ki, 2023-cü ilin oktyabr ayından etibarən yeni qərara əsasən, artıq çıxarışı olmayan  torpaq sahələri üzərində tikilmiş yaşayış evlərinə qaz, su, işıq və digər kommunikasiya xətlərinin çəkilişi qadağan olunub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu istiqamətdə artıq sərt tələblər də var:

“Yəni hər hansısa bir işıq, qaz, su, digər kommunikasiya şöbələrində işləyən şəxslər bu cür çıxarışsız torpaq sahələri üzərində tikilmiş evlərə kommunikasiya xətlərinin çəkilməsinə icazə verərlərsə, onlar cəzalandırılacaqlar. Adətən yay aylarında torpaq və fərdi həyət evlərinin alqı-satqısı daha sürətli olur.  Ölkədə, xüsusən Bakı və Abşeron ərazisində torpaqların böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu səbəbdən təkcə Bakı və Abşeronda yüz minlərlə, bəzi rəqəmlərə görə, 500 minə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri mövcuddur. Çox sayda torpaq sahələrinin də çıxarışı yoxdur.  Yeni qərar qüvvəyə mindikdən sonra artıq o torpaqlar üzərində fərdi həyət evləri tikilmir. Buna görə də tikinti bazarında çöküş müşahidə olunur. Vətəndaşların mülkiyyət hüquqları da pozulur”.

Ekspert bildirib ki, burada birmənalı olaraq vətəndaşlar günahkar deyil:

“Çünki onların hər birinin əlində hansısa dövlət qurumunun verdiyi sənəd var. Yəni icra hakimiyyətləri, bələdiyyələr və digər qurumlar bir zamanlar vətəndaşlara yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün torpaq sahələri ayırırdılar, yaxud satırdılar. Həmin sənədlər üzərində də vətəndaşlar o torpaqları alıb, lakin onların özəlləşdirilməsində ciddi problemlər yaşanır. Bu səbəbdən bu gün həmin insanlar nə tikinti işləri apara bilirlər, nə də sahələri sata bilirlər. Bunun fəsadları daha geniş olacaq. Ötən ilin oktyabrından qüvvəyə minmiş qərardır, uzun müddət keçməyib, amma buna baxmayaraq,  artıq tikinti bazarında ciddi problemlər müşahidə olunur. Ucuz fərdi həyət evləri axtaran şəxslər də əziyyət çəkirlər, çünki satılan torpaqlar daha çox çıxarışlı torpaqlardır və onların qiymətləri kəskin bahadır. Bu problemlərin aradan qaldırılması üçün isə birmənalı olaraq həmin torpaq sahələri çıxarışla təmin olunmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin