BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
49525

Yay mövsümünün gəlişi kirayə bağ evlərinə tələbatı artırır. Kirayənişinlər hər il olduğu kimi bu il də bağ evlərinə əl gəzirib, müştərilərin müraciətlərini gözləyirlər. Paytaxt sakinləri isə artıq Bakı ətrafında və rayonlarda ciblərinə münasib mövsümi evlərin qiymətləri ilə maraqlanırlar.

Bəs bu yay kirayə verilən mövsümü evlərin qiymətlərində artım olacaqmı? Ümumiyyətlə, belə obyektlərin qiyməti kirayə verənlər tərəfindən necə tənzimlənir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər.



“Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni, qiymət təlabata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər.

Pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürülürdü. Tələbat çox olduğundan bir çox iş insanları bu sahəyə investisiya yatırmağa başladılar. Bunun nəticəsində kirayə verilən bağ evləri artdı. Eyni zamanda bahalı evlərin sayı çoxaldı. Əgər əvəllər kirayə verilən mövsümi evlərin maksiumum qiyməti 10-15 min manat idisə, indi 30 min manata da evlər var.

Elə insanlar var ki, fantastik üslubda bağ evi tikdirirlər. Onlar bir neçə mövsüm qaldıqdan sonra yorulurlar və məcburən həmin evləri baha qiymətə kirayə verirlər. Elə şəxslər də var ki, məhz kirayə vermək məqsədi ilə bağ evi tikir”.

E. Azadov bildirir ki, Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi yerlərə tələbat həmişə yüksək olur.

“Dənizə yaxınlıq, infrastrukturun yaxşılığı, hovuzun olması artıq üstünlük deməkdir.
Qəbələ və İsmayıllı zonası bu il yolun təmirinə görə bir o qədər də aktiv olmayacaq. Bu ərazilərdə bu yay qiymətlər bir az aşağı ola bilər”.



Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc saytımıza açıqlamasında deyib ki, bu tip obyektlərin kirayə qiymətləri mövsümü xarakter daşıyır.

“Qiymətlər il boyu hər hansısa bir artıma məruz qalmırlar, amma yayın ilk aylarında ciddi artım müşahidə olunur. Bu da ondan irəli gəlir ki, əhalinin müəyyən bir hissəsi yay dövrünü bağ evlərində keçirmək istəyir. Ona görə də tələbat artır. Hər il bir il əvvələ nisbətən mövsümü olaraq qiymətlərin 10-15 faiz artdığını müşahidə edirik.

Pandemiyadan əvvəlki dövrdə yay mövsümü üçün bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 min arası idisə, pandemiyadan sonrakı dövrdə qiymətlərdə 20-25 faiz artım müşahidə olundu.

İndi zövqlər də dəyişir. Əvəllər dənizə yaxın və yaxşı havası olan yerlər seçilirdisə, hazırda tələblər artıb.

Hovuzların, futbol meydançalarının olması istənilir. Bu evlər isə olduqca bahadır, amma onların da öz müştəriləri var.

Düşünürəm ki, ümumilikdə ötən ilə nisbətən qiymətlər çox artmayacaq. Biznes maraqları özünü biruzə verir. Rəqiblər çoxdur, müştəriləri itirməmək üçün müəyyən güzəştlərə gedirlər. Elə bağ evləri var ki, onların aylıq kirayə qiyməti 3 və ya 4 min arası olur. Bir günlük kirayə bağ evləri isə 150-200, uzağı 300-400 manata başa gəlir”.

© Azvision.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin