ABŞ Ukraynaya 50 milyard kreditin verilməsi şərtlərini açıqladı
Avropa İttifaqı ölkələrinin anti-Rusiya sanksiyalarını qeyri-müəyyən müddətə uzadacağı təqdirdə ABŞ Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən istifadə edərək Ukraynaya 50 milyard dollar kredit verməyə hazırdır.
Valyuta.az xəbər verir ki, Financial Times bu barədə Aİ sənədinə istinadən yazır.
Nəşrin məlumatına görə, Amerika tərəfinin təklifi iyunun 5-də Aİ maliyyə nazirlərinin virtual görüşündə baxılacaq sənəddə öz əksini tapıb.
Sənədə əsasən, kreditin dəqiq təfərrüatları, o cümlədən ödəmə müddəti, faiz dərəcəsi və Ukraynaya birbaşa və ya Dünya Bankı kimi vasitəçi vasitəsilə veriləcəyi hələ ki, nazirlər tərəfindən müəyyən edilməlidir.
İyunun 5-də ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Qərb Kiyevə kredit vermək imkanını nəzərdən keçirir və bu, daha sonra Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödəniləcək.
Nazirin sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya kredit vermək ideyası G7 ölkələrində ciddi dəstək alır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay