Çexiya bu tarixdə Rusiya neftindən asılılıqdan xilas olacaq
Çexiyanın baş naziri Petr Fiala bildirib ki, ölkə ən geci 2025-ci ilin ortalarına qədər Rusiya neftindən asılılıqdan tamamilə qurtula biləcək.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.
Onun sözlərinə görə, neftin qismən Çexiyaya İtaliyadan tədarük edildiyi TAL boru kəmərinin genişləndirilməsi layihəsi başa çatdıqdan sonra Praqa Rusiya neftinin idxalı üçün güzəştlərin ləğv edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət etmək niyyətindədir.
Fiala dövlətə məxsus "Mero" şirkətinin rəhbərliyi ilə görüşdən sonra bildirib ki, TAL-ın texnoloji təkmilləşdirməsi hazırda aktiv mərhələdədir və 2023-cü ilin sonuna qədər tamamlanmalı, ardınca isə əməliyyat sınaqları aparılmalıdır. Onun sözlərinə görə, kəmərin yenidən qurulması Çexiyaya hər il əlavə 4 milyon ton neft almağa imkan verəcək.
Keçən il Çexiyanın Litvinov və Kralupi nad Vltavoudakı neft emalı zavodları 7,4 milyon ton neft alıb ki, bunun da 58%-i "Drujba" kəməri ilə Rusiyadan alınıb. Qalanı İtaliyadan Almaniyanın IKL boru kəməri ilə təchizat hesabına təmin edilib. Aİ 2022-ci ilin dekabrında Rusiya neftinə embarqo tətbiq etdikdən sonra "Drujba" vasitəsilə tədarük üçün müvəqqəti istisnalar edilib.
Bundan əvvəl Praqa yaxın aylarda Rusiya neftinin alışından imtina etmək planlarını açıqlamışdı. Moskva xəbərdarlıq edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulan ölkələr vasitəçilər vasitəsilə bahalı enerji resurslarından yeni asılılığa düşəcəklər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay