IT təhlükəsizliyinə cavabdeh olan keçmiş məmur da kibercinayətkarların qurbanı oldu
Rusiyanın Smolensk vilayətinin qubernatorunun keçmiş müavini, İT təhlükəsizliyinə cavabdeh olan Nikolay Kuznetsov 6,5 milyon rubl aldadılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı yazır.
Qeyd olunur ki, fırıldaqçılar Kuznetsovla mayın 29-da Krımda istirahət edərkən əlaqə saxlayıblar. Onlar məmuru inandırıblar ki, onun əmanətləri risk altındadır və pul təcili olaraq təhlükəsiz bank hesabına köçürülməlidir. Məmur tətilini dayandırıb və Krımdan Anapa və Novorossiyskə gedib, burada pul vəsaitlərinin "köçürülməsi" üçün təcavüzkarlar tərəfindən göstərilən "təhlükəsiz" ödəniş terminalları yerləşib. Onların vasitəsilə 6,5 milyon rubl göndərib, sonra Krıma qayıdıb.
Bundan sonra Kuznetsov aldadıldığını anlayıb və polisə müraciət edib.
Nikolay Kuznetsov 2023-cü ilin yazına qədər Smolensk vilayətinin qubernatorunun müavini vəzifəsində çalışıb və informasiya təhlükəsizliyinə nəzarət edib. O, işdən çıxarıldıqdan sonra vilayət administrasiyasında ekspert məsləhətçi kimi işləməyə davam etdiyini bildirib.
Son araşdırmalara görə, Rusiya informasiya təhlükəsizliyi sahəsində kiber insidentlərin sayına görə dünyada birinci yerdədir. "Kaspersky Lab"ın baş eksperti Sergey Qolovanov bildirib ki, orta rusiyalı istifadəçi üçün internetdə fırıldaqçıların qurbanı olmaq riski 73-75%-ə çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay